Bütün xəbərlər
"Mi-8" helikopterini məhv edən məktəblilər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Tarix: 11-09-2024 19:23 | Bölmə: Karusel

Noyabrsk hava limanında "Mi-8" helikopterini yandıran yeniyetmələr üz və əllərindən yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yamalo-Nenets rayonunun Səhiyyə Nazirliyindən TASS-a verilən məlumata görə, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir, onlara lazımi yardım göstərilir.
Fövqəladə hadisə sentyabrın 11-nə keçən gecə baş verib. Məlum olub ki, 13 və 14 yaşlı məktəblilər sosial şəbəkələrdə vertolyotu yandırmaq “tapşırığı” alıblar və bunun üçün onlara 5 milyon rubl vəd edilib.
“Utair” aviaşirkəti bildirib ki, hadisədən sonra helikopter tamamilə yanıb. Zərər 300 milyon rubl qiymətləndirilir.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər