Bütün xəbərlər
CNN: Ukrayna artıq ona ötürülən ATACMS raketlərinin əksəriyyətindən istifadə edib
Tarix: 11-09-2024 12:13 | Bölmə: Karusel

Ukrayna Silahlı Qüvvələri onlara verilən ATACMS uzaqmənzilli raketlərinin əksəriyyətini artıq istifadə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ümumilikdə Kiyev Qərbdən “bir neçə yüz” belə sursat alıb.
Bu barədə məlumatlı mənbəyə istinadən CNN məlumat yayıb.
Aprel ayında Pentaqon "suveren Ukrayna ərazisində" istifadə üçün ATACMS geniş mənzilli əməliyyat-taktiki raketlərini (300 km) Ukraynaya təhvil verib.
Bu həftənin əvvəlində ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, Vaşinqton Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaq xahişinə baxacaq.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər