20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Pyatiqorskda Maşuk dağında yenidən təbii yanğın başlayıb
Tarix: 10-09-2024 21:00 | Bölmə: Karusel

Pyatiqorskda (Stavropol diyarı) Maşuk dağının cənub yamacında yeni yanğın aşkar edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Yanğınsöndürənlər onu 200 metrlik cəbhə boyu lokallaşdırmaq üçün çalışırlar", şəhər meri Dmitri Voroşilov Telegram kanalında deyib.
Pyatiqorskun şimal-şərq hissəsində yerləşən Maşuk dağı təbiət abidəsidir. Avqust ayında yanğınsöndürənlər üç dəfə baş verən yanğınlarla mübarizə aparmalı oldular. Bu hadisələrdən birində yanğın dağın yamacında qoyulmuş “Pyatiqorsk” yazısını məhv edib.



Baxış sayı: 278


Bölməyə aid digər xəbərlər