Bütün xəbərlər
Vnukovo hava limanında mövcud məhdudiyyətlərə görə 40-a yaxın reys gecikib
Tarix: 10-09-2024 11:23 | Bölmə: Karusel

Vnukovo hava limanında PUA-nın Moskva və Moskva vilayətinə hücumu fonunda tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən 40-a yaxın reys təxirə salınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, onlayn tablodakı məlumatlardan irəli gəlir.
Kassalarda izdiham yaranıb. Uçuşa qeydiyyatdan keçmək üçün sərnişinlər iki saata yaxın növbə gözləyirlər.
Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiya regionları üzərindəki səmalarda Ukraynanın 144 pilotsuz təyyarəsini məhv edib. Moskva yaxınlığındakı Ramenskoyedə PUA-nın hücumu nəticəsində bir qadın həlak olub. Bundan əlavə, PUA-nın dağıntılarının düşməsi səbəbindən Moskvaya doğru Kaşirskoye şossesi ilə nəqliyyatın hərəkəti dayandırılıb.
Domodedovo, Vnukovo və Jukovski hava limanlarında hücumlar fonunda uçuşların gəlişi və buraxılmasına məhdudiyyətlər tətbiq edilib.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər