18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Rusiya və Tailand milli komandaları arasında futbol üzrə yoldaşlıq oyunu təxirə salınıb
Tarix: 07-09-2024 11:09 | Bölmə: Karusel

Sentyabrın 7-də Hanoyda Rusiya və Tailand milli komandaları arasında futbol matçı keçirilməli idi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Vyetnamı vuran güclü "Yagi" qasırğası səbəbindən təxirə salınıb.
Oyun iki gün əvvəl rusların vyetnamlıları məğlub etdiyi My Dinh stadionunda keçirilməli idi. Vyetnam Futbol Federasiyasından RİA Novosti-yə verilən məlumata görə, əlverişsiz hava əvvəlcə millinin məşqinin təxirə salınmasına səbəb olub, indi isə Tailandla matça təsir edib.
Daha sonra yoldaşlıq oyununun ləğvi Rusiya Futbol İttifaqı tərəfindən təsdiqlənib.
Sinoptiklər “Yagi” tayfunu Şərq dənizində son on ilin ən güclüsü adlandırırlar.
Bir gün əvvəl Vyetnam Mülki Aviasiya İdarəsi sentyabrın 7-də ölkənin dörd hava limanının yaxınlaşan qasırğanın təhlükəsizlik təhdidləri səbəbindən müvəqqəti olaraq bağlanacağını açıqlamışdı.
Rusiyanın Vyetnamdakı səfirliyi hazırda Hanoyda olan Rusiya futbol yığmasına və gənclərdən ibarət milli komandaya yaxınlaşan “Yaqi” tayfunu ilə bağlı təhlükə barədə xəbərdarlıq edib.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər