Bütün xəbərlər
“Kommersant” qəzetinin saytının keçmiş baş redaktoru Pavel Çernikov vəfat edib
Tarix: 06-09-2024 21:51 | Bölmə: Karusel

“Kommersant” qəzetinin saytının keçmiş baş redaktoru Pavel Çernikov vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə nəşr məlumat yayıb.
Jurnalistin ölümü sentyabrın 6-da məlum olub. Onun ölümünə nəyin səbəb olduğu açıqlanmır.
Çernikov 1999-cu ildə “Kommersant”ın redaksiyasına işə gəlib. Əvvəlcə informasiya mərkəzinin redaktoru, 2003-cü ildə “Kommersant Vlast” jurnalının məsul katibi olub. 2006-cı ildə Çernikov saytın baş redaktoru oldu.
2011-ci ildə jurnalist redaksiyadan ayrılaraq rəqəmsal layihələrlə məşğul olub.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər