Bütün xəbərlər
Rusiya millisinin futbolçuları yoldaşlıq görüşündə Vyetnamı məğlub ediblər
Tarix: 05-09-2024 20:39 | Bölmə: Karusel

Futbol üzrə Rusiya yığması yoldaşlıq görüşündə Vyetnam yığması üzərində inamlı qələbə qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Hanoyda baş tutub və üç top fərqi ilə rusların xeyrinə başa çatıb.
Valeri Karpinin yetirmələri rəqibinə yekunda 3:0 hesabı ilə qalib gəlib. Rusiya yığmasının heyətində Daler Kuzyaev və Tamerlan Musayev hərəyə bir qol, Vyetnamlı Van Thanh Vu isə avtoqol kimi fərqlənib.
Beləliklə, Rusiya millisi 2024-cü ildə üçüncü qələbəsini qazanıb. Bundan əvvəl rusiyalı futbolçular Serbiya və Belarusu məğlub edib, vurulan və buraxılan qolların ümumi hesabı 11:0 Rusiyanın xeyrinədir.
İndi komanda daha bir yoldaşlıq oyunu keçirməlidir. Sentyabrın 7-də rusiyalı futbolçular Tailand millisi ilə qarşılaşacaq.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər