18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Müdafiə Nazirliyinin həbsdə olan keçmiş əməkdaşı Çekmazov alman avtomobil sənayesinə üstünlük verib
Tarix: 05-09-2024 18:59 | Bölmə: Karusel

Rüşvət ittihamı ilə həbs edilən Rusiya Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Andrey Çekmazovun alman avtomobillərinin həvəskarı olduğu üzə çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, həbs edilmiş keçmiş hərbi idarə əməkdaşı son səkkiz il ərzində üç avtomobil alıb, onların hamısı Almaniyanın avtomobil konserni tərəfindən istehsal edilib.
Məlum olub ki, 2012-ci ildən 2020-ci ilə qədər olan dövrdə Çekmazov “Mercedes”, “BMW” və “Volkswagen Touareg” markalı avtomobillərə sahib olub. Əvvəllər o, “Ford” və “Toyota” markalı avtomobilləri idarə edib.
Xatırladaq ki, ehtiyatda olan polkovniklər Çekmazov və Dmitri Fomin xüsusilə külli miqdarda rüşvət aldıqları üçün həbs ediliblər.
Daha əvvəl bildirilib ki, məhkəmə Leninqrad Hərbi Dairəsinin komandirinin müavini, general-mayor Valeri Mümincanovu həbs edib.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər