Bütün xəbərlər
Məktəbdə atışma iki nəfərin ölümünə səbəb olub
Tarix: 04-09-2024 20:45 | Bölmə: Karusel

ABŞ-ın Corciya ştatında məktəbdə baş verən atışma nəticəsində iki nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Corciya ştatında orta məktəbdə atışma baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
CNN-in Barrou dairəsinin şerif ofisinin açıqlamasına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları şübhəlilərdən birinin həbs edildiyini açıqlayıb.
Bundan əvvəl Ukraynanın qərbində bir nəfər məktəb yaxınlığında avtomatdan atəş açaraq 3 nəfəri yaralayıb.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər