Bütün xəbərlər
Ukraynanın xarici işlər naziri Kuleba istefa ərizəsini təqdim edib
Tarix: 04-09-2024 10:32 | Bölmə: Karusel

Ali Radanın rəhbəri Ruslan Stefançuk bildirib ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsini təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "müraciətə növbəti plenar iclaslardan birində baxılacaq", - Stefançuk Facebook sosial şəbəkəsindəki səhifəsində (Rusiya Federasiyasında qadağandır) yazıb.
Bir gün əvvəl Ali Radanın deputatı Aleksey Qonçarenko (Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısındadır) Kulebanın istefa ərizəsini təqdim edəcək növbəti nazir olacağını bildirib.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər