Bütün xəbərlər
Şri-Lankada yerli nadir faunanı qanunsuz toplayan iki rusiyalı saxlanılıb
Tarix: 03-09-2024 09:33 | Bölmə: Karusel

Avqustun 29-da Şri-Lankada iki Rusiya vətəndaşı saxlanılıb, onlar nadir faunanın qeyri-qanuni toplanmasında ittiham olunurlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın adadakı səfirliyinin teleqram kanalından verilən məlumata görə, onlara qarşı bazar ertəsi Sabaraqamuva əyalətinin Ratnapura rayonunun Embilipitiya kəndindəki məhkəmədə ittiham irəli sürüləcək. Məhkəmə həbs qətimkan tədbiri ilə bağlı da qərar verəcək.
Səfirlik bildirib ki, 17 və 21 yaşlı iki rusiyalının itkin düşməsi barədə məlumat avqustun 29-da yerli vaxtla saat 21:00 radələrində daxil olub. Nəticədə onların nadir fauna nümunələrinin qanunsuz toplanmasında şübhəli bilinərək ekologiya polisi tərəfindən saxlanıldıqları məlum olub.
Diplomatik nümayəndəlik bəyan edib ki, məhbusların hüquqlarının müdafiəsi üçün hər şeyi edirlər. Xüsusilə, Şri-Lanka Xarici İşlər Nazirliyinə nota göndərilib, məhbuslarla konsulluq əlaqəsi təmin edilib. Diplomatlar vəziyyətin nəzarət altında olduğuna əmin oldular.




Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər