18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Venesuela Nəzarət Məhkəməsi Edmundo Qonzalez-in həbsinə order verib
Tarix: 03-09-2024 09:26 | Bölmə: Karusel

Venesuela məhkəməsi prezidentliyə keçmiş namizəd Edmundo Qozalesin həbsinə order verib, ölkənin baş prokurorluğu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “birinci İnstansiya Milli Nəzarət Məhkəməsi Edmundo Qonzales Urrutiyanın ağır cinayətlərə görə həbs olunmasına razılıq verib”, – prokurorluğun sosial şəbəkələrdən birində verdiyi açıqlamada deyilir.
Hazırda Venesuela Baş Prokurorluğu ölkənin seçki şurası tərəfindən prezident seçkilərinin rəsmi nəticələrinin dərci ilə paralel olaraq seçki məntəqələrindən müxalifət məlumatlarının internet saytında dərc olunmasını araşdırır. İşin bir hissəsi olaraq prokurorluq Qonzalesi ifadə vermək üçün üç dəfə dindirməyə çağırdı, lakin o, gəlmədi, RİA Novosti xatırladır.
Venesuelada prezident seçkiləri bu il iyulun 28-də keçirilib. İyulun 29-da Milli Seçki Şurası Nikolas Maduronu seçilmiş prezident elan edib. Seçki şurasının məlumatına görə, seçicilərin 51 faizi Maduroya səs verib. Ertəsi gün Venesuelada etirazlar başlayıb. Ölkə hökuməti bir sıra dövlətlərin prezident seçkilərinə müdaxilə etdiyini açıqlayıb. Baş Prokurorluğun məlumatına görə, nifrətin qızışdırılması, terrorizm və dövlət infrastrukturunun dağıdılması faktları üzrə 2 mindən çox şəxs saxlanılıb.


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər