Bütün xəbərlər
Rusiya Federasiyasında Rinat Axmetovun dəmir yolunun 1,5 km-i həbs edilib
Tarix: 01-09-2024 21:00 | Bölmə: Karusel

Moskvanın Basmannı məhkəməsi ukraynalı oliqarx Rinat Axmetovla əlaqəli olan Metinvest Eurasia şirkətinin əmlakına 2024-cü il dekabrın 2-dək həbs qoyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət Sevastopolda 10 binadan, Simferopolda 6 binadan, Belqorodda torpaq sahəsindən və ümumi uzunluğu 1 kilometr 335 metr olan dəmiryol relslərindən gedir. Üstəlik, bank hesablarına, avtomobillərə və metal məmulatlara həbs qoyulub, RİA Novosti yazır.
Metinvest Eurasia rəhbərliyinin Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün şirkətin hesablarından pul köçürdüyü dəqiqləşdirilir.
Metinvest Eurasia Rinat Axmetovun SCM Holding Limited şirkətinə məxsusdur.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər