Bütün xəbərlər
Yakutiyada 251 min hektardan çox meşə yanğınları sahəsi var
Tarix: 28-08-2024 07:25 | Bölmə: Karusel

Yakutiyada 25 meşə yanğını tüğyan edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublika ərazisində ümumi sahəsi 251 min hektardan artıq yanğınla əhatə olunmuş 25 təbii yanğın hadisəsi baş verib. Bu barədə Yakutiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, son 24 saat ərzində 133 min hektara yaxın sahədə 5 yanğın söndürülüb, 38 min hektardan çox sahədə 7 yanğın lokallaşdırılıb.
Bir ay əvvəl Yakutiyada meşə yanğınlarının sahəsi 1 milyon hektarı ötüb.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər