Bütün xəbərlər
ABŞ ordusu Ukraynaya ötürülən "F-16"lardakı elektron müharibə sistemlərini yenidən proqramlaşdırıb
Tarix: 27-08-2024 19:17 | Bölmə: Karusel

ABŞ ordusu "F-16" qırıcılarının elektron döyüş sistemlərini Ukrayna Hərbi Hava Qüvvələrinə effektiv şəkildə inteqrasiya edə bilməsi üçün yenidən proqramlaşdırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin 35-ci qanadında deyildiyi kimi, qırıcının elektron döyüş sisteminin standart parametrləri Ukraynanın tələblərinə cavab vermirdi. Yenilənmiş elektron müharibə sistemi tərəfdaş ölkənin laboratoriyasında sınaqdan keçirilib.
Açıq mənbələrə görə, "F-16" döyüş təyyarələri ilə təchiz edilmiş 35-ci Qırıcı Qanad Yaponiyada, Misava şəhəri yaxınlığında yerləşir.
Bundan əvvəl Lockheed Martin-in əməliyyatlar üzrə baş direktoru Frank Sent Con bildirmişdi ki, şirkət Polşada Ukrayna "F-16"larına xidmət göstərmək üçün mərkəz aça bilər. Hazırda məsələ müzakirə olunur. Heç bir müqavilə imzalanmayıb, deyə, Sent Con aydınlaşdırıb.



Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər