Bütün xəbərlər
Məhkəmə Jukovun abidəsini korlayan qadınları bir il məcburi əmək cəzasına məhkum edib
Tarix: 26-08-2024 21:36 | Bölmə: Karusel

Paytaxt Tver məhkəməsi Moskvanın Manejnaya meydanında marşal Georgi Jukovun abidəsini korlayan iki qadına hökm oxuyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS yazır. Qurumun məlumatına görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 243.4-cü maddəsinin 2-ci hissəsi (hərbi qəbirlərin dağıdılması və ya zədələnməsi) ilə iş açılıb. Nəticədə qadınlar bir il müddətinə məcburi əməyə məhkum ediliblər.
Bildirilir ki, iki bacı Jukov abidəsinə əllərində sprey boya ilə gələrək Ukraynanın Baş Kəşfiyyat İdarəsini ifadə edən GUR akronimini yazıblar.



Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər