Bütün xəbərlər
Moskva məhkəməsi Ukraynanın Qazaxıstandakı keçmiş səfirini qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edib
Tarix: 26-08-2024 21:27 | Bölmə: Karusel

Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Pyotr Vrublevski milli və ya dil zəminində ictimai nifrət və düşmənçiliyi qızışdırmaqda təqsirli bilinib və qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı Moskvanın Basmannı məhkəməsi qəbul edib.
Yada salaq ki, 2024-cü ilin martında Moskva məhkəməsi Vrublevskinin qiyabi həbsinə icazə verib, çünki diplomat əvvəllər Kiyev rejiminin məqsədinin mümkün qədər çox rusu öldürmək olduğunu bəyan etmişdi.
Bu qalmaqallı bəyanatdan sonra Vrublevski tutduğu vəzifədən uzaqlaşdırılıb. Və 2024-cü ilin fevralında Rosfinmonitoring ukraynalı diplomatı terrorçular və ekstremistlər siyahısına əlavə edib.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər