Bütün xəbərlər
Ukraynanın hər yerində fövqəladə elektrik enerjisi kəsilib
Tarix: 26-08-2024 10:53 | Bölmə: Karusel

“Ukrenerqo” ukraynalıları bütün Ukraynada fövqəladə işıqların kəsilməsi ilə bağlı xəbərdar edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq bəyanat DTEK enerji şirkətinin sosial şəbəkələrində dərc olunub.
"Nəzərinizə çatdırırıq ki, fövqəladə söndürmələr zamanı əvvəlcədən proqnozlaşdırıla bilən cədvəllər tətbiq edilmir", - mesajda deyilir.
Həmçinin qeyd olunur ki, bütün ölkə üzrə energetiklər “ukraynalıların evlərinə işıq qaytarmaq üçün” gecə-gündüz işləyirlər.
Bundan əvvəl Ukraynanın Kiyev, Kirovoqrad, Dnepropetrovsk, Poltava və Vinnitsa vilayətlərində partlayışların baş verdiyi məlum olub.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər