Bütün xəbərlər
Simonyana qarşı sui-qəsd cəhdi ilə bağlı beynəlxalq sorğulara artıq cavablar verilib
Tarix: 26-08-2024 10:32 | Bölmə: Karusel

İstintaq orqanları “Rossiya Seqodnya” media qrupunun və RT-nin baş redaktoru Marqarita Simonyana, eləcə də Kseniya Sobçaka qarşı sui-qəsd cəhdlərinin hazırlanması ilə bağlı aparılan istintaq çərçivəsində göndərilmiş beynəlxalq sorğulara cavablar alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “beynəlxalq sifarişlərə cavablar alınıb, digər istintaq və prosessual hərəkətlər həyata keçirilib”, - RİA Novosti tərəfindən araşdırılan iş materiallarında deyilir.
2023-cü ilin iyulunda FSB və hüquq-mühafizə orqanları Ukrayna xüsusi xidmət orqanlarının Simonyan və Sobçakı öldürmək planlarının qarşısını aldığını açıqladı. Bu işin bir hissəsi olaraq, neonasist qrupu Paraqraf 88 ilə əlaqəli səkkiz nəfər həbs edilib. Hazırda Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi bu iş üzrə istintaqı yekunlaşdırıb.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər