Bütün xəbərlər
Adam Kadırova Çeçenistanın ali mükafatı təqdim olunub
Tarix: 25-08-2024 23:28 | Bölmə: Karusel

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib ki, Çeçenistan rəhbərinin təhlükəsizlik departamentinin rəhbəri Adam Kadırov respublikanın ali mükafatı - Kadırov ordeni ilə təltif edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bu, onun yüksək mənəvi keyfiyyətlərinin və işinə sadiqliyinin layiqli etirafıdır”, - deyə, nazir Telegram kanalında yazıb.
Dudayev Adam Kadırovu “şanlı ailəsini layiqincə təmsil edən” əsl vətənpərvər adlandırıb.
2023-cü ilin payızında kiçik Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb. O, həmçinin respublika parlamentinin ali “Daimehkan Siy” ordeni və digər mükafatlara malikdir.
Bundan əlavə, Çeçenistan rəhbərinin varisi Rusiyanın Əmək Şücaəti ordeni və Avrasiya Universitetlər Assosiasiyasının medalı ilə təltif edilib.
Bu ilin yazında məlum olub ki, Adam Kadırov Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin kuratoru olub.



Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər