Bütün xəbərlər
Paris Orli hava limanı bomba çağırışı səbəbilə qismən boşaldılıb
Tarix: 25-08-2024 23:25 | Bölmə: Karusel

Bazar günü axşam Paris Orli hava limanında anonim zəng iki terminalın boşaldılmasına səbəb olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs tualetdə bomba olduğunu bildirib.
Orli hava limanının 2 və 3 saylı terminallarının binası polisə edilən anonim zəngdən sonra boşaldılıb.
Parisien "etibarlı mənbələrə" istinadən yazır ki, təhlükəsizlik xidmətləri hava limanının tualetlərindəki bomba xəbərini yoxlayacaq.
Ötən gün axşam saatlarında Telegram messencerinin təsisçisi Pavel Durov Parisin digər hava limanı Le Burjedə saxlanılıb.



Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər