Bütün xəbərlər
Yanğının sahəsi 200 kvadratmetrə endirilib
Tarix: 25-08-2024 18:49 | Bölmə: Karusel

Novorossiyskdəki poliqonda baş verən yanğının sahəsi 200 kvadratmetrə qədər azaldılıb, şəhər administrasiyasının mətbuat xidməti bildirib. Üç gündür ki, yanğın söndürülmür.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “hazırda poliqondakı vəziyyət: yanğın sahəsi 200 kvadratmetrə endirilib”, - məlumatda deyilir.
Bir gün əvvəl şəhər başçısının müavini Aleksandr Yamenskov yanğının sahəsinin 400 kvadratmetrə qədər azaldığını bildirmişdi.
Novorossiysk şəhərinin meri Andrey Kravçenko cümə günü, avqustun 23-də poliqonda baş verən yanğın barədə məlumat verib. Onun sözlərinə görə, yanğın 2 min kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsi zamanı poliqonda zibil yığılması dayandırılıb.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər