Bütün xəbərlər
Hava limanında bomba təhlükəsi təsdiqlənməyib
Tarix: 25-08-2024 11:05 | Bölmə: Karusel

Belçikanın paytaxtında hava limanı adi qaydada fəaliyyətini bərpa edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Brüssel hava limanında bomba təhlükəsi ilə bağlı xəbərlərin yalan olduğu üzə çıxıb. Bu barədə TASS məlumat yayıb.
Eyni zamanda, sərnişinlər alınan məlumatı yoxlamaq üçün polis tərəfindən mühasirəyə alınan yola salınma zalı və baqaj qəbulu sahəsinə yenidən daxil ola bilərlər.
Bundan əvvəl Brüssel Beynəlxalq Hava Limanında bomba təhlükəsinin olduğu bildirilmişdi. Polis əməkdaşları binaya baxış keçirmək üçün insanları yola salınma zalından və baqaj qəbulu sahəsindən təxliyə ediblər.



Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər