Bütün xəbərlər
Sankt-Peterburq məhkəməsi ABŞ-da axtarışda olan fırıldaqçı bloggeri azadlığa buraxıb
Tarix: 24-08-2024 12:35 | Bölmə: Karusel

İsrailli bloger Coşua Kartu Sankt-Peterburqun Pulkovo hava limanında saxlanıldıqdan sonra həbs qətimkan tədbirindən qaçıb. İsrailli ABŞ tərəfindən dələduzluqda ittiham olunur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin mətbuat xidmətinin bəyanatından sonra məlum olub. Qərar Sankt-Peterburqun Moskva Rayon Məhkəməsi tərəfindən qəbul edilib. “Məhkəmə Joshua Cartu barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün prokurorun vəsatəti əsasında icraata xitam verib”, - nəşr yazır.
Materialdan göründüyü kimi, onun saxlanması üçün əsaslar aradan qalxıb. İndi o, müvəqqəti saxlama təcridxanasından buraxılıb. Öz növbəsində, ölkə hakimiyyəti axtarışın təşəbbüskarından saxlanılan şəxsin ekstradisiyasına dair göstəriş almayıb.
Xatırladaq ki, bloger avqustun 19-da Pulkovoda saxlanılıb. O, tel fırıldaqları ilə bağlı sui-qəsd ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib. ABŞ-da onu 20 ilə qədər həbs cəzası gözləyir.



Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər