Bütün xəbərlər
13 yaşlı məktəbli binanın pəncərəsindən yıxılaraq ölüb
Tarix: 24-08-2024 12:12 | Bölmə: Karusel

Tula vilayətinin Kimovsk şəhərində 13 yaşlı qızın ölümünün səbəbləri araşdırılır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, tərk edilmiş binanın ikinci mərtəbəsindən yıxılıb. Təcili yardım gələnə qədər yeniyetmə yerindəcə keçinib.
Yerli KİV-in məlumatına görə, hadisə 2024-cü il avqustun 21-də axşam saatlarında Kimovski Radio-Elektromexanika Zavodunun tərk edilmiş binasında baş verib. RF İK-nin regional şöbəsi bildirib ki, məktəbli binaya baxış keçirən həmyaşıdları ilə birlikdə olub.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Müstəntiqlər hadisə şahidlərini dindirib və hadisə yerinə baxış keçiriblər. Mümkündür ki, bədbəxt hadisə ilə bağlı müttəhim iştirak etsin.
İstintaqın gedişinə regional istintaq idarəsinin rəisi Vladimir Usov nəzarət edir.



Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər