23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb
Tarix: 27-05-2023 19:59 | Bölmə: Karusel

Mayın 27-si Cəlilabad rayon sakini 1985-ci il təvəllüdlü Şamo Əzimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər.
Qeyd olunub ki, ilkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı yaşadıqları Cəlilabad rayon, Qarazəncir kəndi ərazisində qonşusu Şamo Əzimova bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Rəşad Aslanov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər