Bütün xəbərlər
Gömrük Komitəsi sədrinin birinci müavini Qazaxda vətəndaşlarla görüşəcək
Tarix: 02-08-2022 01:13 | Bölmə: Karusel


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov avqustun 9-da saat 11:00-da Qazax şəhərində yerləşən Gənclər Evində (ünvan: Qazax şəhəri, Heydər Əliyev parkı) Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı Qazax, Ağstafa, Tovuz rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər