Bütün xəbərlər
Prezident “Sputnik V”nin tədarükünə görə Rusiyaya təşəkkür etdi
Tarix: 11-05-2021 04:38 | Bölmə: Karusel

                     Prezident “Sputnik V”nin tədarükünə görə Rusiyaya təşəkkür etdi


“Azərbaycana “Sputnik V” vaksininin tədarük edilməsi məsələsinin Vladimir Vladimiroviç ilə danışdığımız kimi operativ həllinə görə təşəkkürümü bildirmək istərdim, bütün müddətlərə əməl edilib, sözünüzün üstündə durmusunuz”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu yaxında həmin vaksinin qarşılanması mərasimi keçirilib, cənab səfir iştirak edib:
“Bu gün dünyada populyarlığı get-gedə artan belə gözəl vaksinə görə sizi bir daha təbrik etmək istərdim. Onun bizim üçün əlçatan olması, əlbəttə, buna şərait yaradacaq ki, biz bu bəlanın öhdəsindən tezliklə gələcəyik”.


Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər