Bütün xəbərlər
Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Tarix: 14-04-2021 17:16 | Bölmə: Karusel

                  Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı


“Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lenta.ru”ya Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib.
Şübhəlinin gizləndiyi yaşayış yerində axtarış aparılır. Yaxın vaxtlarda o, zəruri istintaq hərəkətlərinin aparılması üçün İstintaq Komitəsinin bölməsinə gətiriləcək.
Xatırladaq ki, Ə.Heydərov aprelin 12-də Moskvadakı idman zallarının birində qətlə yetirilib.


Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər