18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
Bütün xəbərlər
Bayden xatirələrində ABŞ-ın bir müttəfiqindən bəhs etməyi unutdu
Tarix: 17-11-2026 14:56 | Bölmə: Dünya


ABŞ-ın keçmiş prezidenti Co Bayden 17 noyabrda nəşr olunan "Mənə söz ver, Amerika" adlı xatirələrində Vaşinqtonun müttəfiqləri arasında Böyük Britaniyanı qeyd etməyi unutdu.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti kitabın surətinə istinadən məlumat verib.
Bir parçada Ağ Evin keçmiş rəhbəri Çinlə iqtisadi qarşıdurmadan danışarkən ABŞ-ın müttəfiqlərini və tərəfdaşlarını sadalayır.
"Bizim müttəfiqlərimiz və tərəfdaşlarımız var. ABŞ, Avropa Birliyi, Avstraliya, Kanada, Hindistan, Yaponiya, Cənubi Koreya, Meksika və Yeni Zelandiyanın ümumi iqtisadi həcmi 60 trilyon dollardır".
Bayden milli orduların qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə və Transatlantik Birliyinə bənzər Sakit Okean icmasının yaradılmasına çağırıb.
Keçmiş ABŞ prezidenti həmçinin xatirələrində Kiyev rejiminin lideri Vladimir Zelenskinin şəxsiyyətini tənqid edib.Bayden onu şıltaq və inadkar adlandırıb.



Baxış sayı: 19


Bölməyə aid digər xəbərlər
5-11-2026, 17:43 Bir qız tabutda oyandı