Bütün xəbərlər
Azərbaycanlı alim vəfat etdi
Tarix: 08-04-2021 18:34 | Bölmə: Karusel

                  Azərbaycanlı alim vəfat etdi


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, o, 57 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində anadan olub. O, 2011-2013-cü illərdə Vatikana baş tutmuş səfərləri müddətində Vatikan Arxivlərində Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar edib və onların surətlərini Bakıya gətirib. Alim Vatikan Apostol Kitabxanasında və Vatikan Məxfi Arxivlərində uzunmüddətli araşdırmalar aparmış ilk azərbaycanlıdır.


Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər