22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Güclü külək əsəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ
Tarix: 21-03-2021 14:19 | Bölmə: Karusel

                  Güclü külək əsəcək, yağış, qar yağacaq -XƏBƏRDARLIQ



Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən Unikal.org-a verilən məlumata görə, martın 22-si gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, 23-ü gündüzdın 24-ü səhərədək isə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 22-si şimal və qərb rayonlarında, 23-ü axşamdan 25-i gündüzədək isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.



Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər