22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Daha 5 siyasi partiya ofislə təmin oldu
Tarix: 19-03-2021 19:27 | Bölmə: Karusel

                      Daha 5 siyasi partiya ofislə təmin oldu


Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.
İqtisadiyyat Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 5 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.
Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyasıın nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.








Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər