10:02 / 25-04-2026
Mənimdir -Vüqar Əhməd
Bütün xəbərlər
Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlandı
Tarix: 18-03-2021 14:58 | Bölmə: Karusel

                 Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlandı



Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib.  
Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər