22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Məhkəmə Qasparyanla bağlı qərarını elan etdi
Tarix: 17-03-2021 23:09 | Bölmə: Karusel

                   Məhkəmə Qasparyanla bağlı qərarını elan etdi


Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın işi ilə bağlı qərarını elan edib. 
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “news.am” Mediaport teleqram kanalına istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, Qasparyanın vəzifəsini davam etdirməsi ilə bağlı vəsatət təmin olunub və bu müddətdə yeni Baş Qərargah rəisinin elan edilməsi qadağan edilib. 
Bu isə vəsatətlə bağlı son qərar elan edilənədək Qasparyanın Baş qərargah rəisi vəzifəsini davam etdirəcəyi deməkdir. 
Qasparyanın vəkili Artur Ovannisyan erməni mediasına açıqlamasında məhkəmə aktını hələ almadıqlarını və onun səhər təqdim oluna biləcəyini deyib.



Baxış sayı: 343


Bölməyə aid digər xəbərlər