22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Prezident Vüsal Hüseynova xüsusi rütbə verdi
Tarix: 17-03-2021 23:06 | Bölmə: Karusel

                   Prezident Vüsal Hüseynova xüsusi rütbə verdi


Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova xüsusi rütbə verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bununla bağlı Prezident Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, martın 19-u Dövlət Miqrasiya Xidmətinin yaradıldığı gün olaraq miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilir.



Baxış sayı: 411


Bölməyə aid digər xəbərlər