22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Baş nazir bahalaşma ilə bağlı narahatlıqdan danışıb
Tarix: 16-03-2021 19:01 | Bölmə: Karusel

                 Baş nazir bahalaşma ilə bağlı narahatlıqdan danışıb


Baş nazir Əli Əsədov deputatların ərzaq qiymətlərinin bahalaşması ilə bağlı narahatlığına cavab verib. 
“Qafqazinfo”nun məlumatına görə, Baş nazir qeyd edib ki, deputatlar düzgün olaraq bu məsələni qaldırıblar: “Azərbaycan hökuməti də bunu daim nəzarətdə saxlayır. Hökumət öz imkanlarından, vəzifə borcundan istifadə edərək ciddi şəkildə bununla məşğul olacaq. Antiinhisar xidməti tərəfindən gündəlik monitorinqlər aparılır. 
Bir çox hal bizdən asılı deyil. Ticarət partnyorları olan ölkələrdə qiymətlər, idxal məsələlərinə təsir edə bilmirik. Qiymət artımını yanacağın qiymətinin artırılmasıyla da əlaqələndirirlər. Təbii olaraq təsiri var. Ancaq fermerlerə subsidiyalar da verilib”. 



Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər