22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Sarkisyan xəstəxanaya yerləşdirildi
Tarix: 12-03-2021 22:27 | Bölmə: Karusel

                     Sarkisyan xəstəxanaya yerləşdirildi


Ermənistan Prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya onun köməkçisi Asmik Petrosyan bildirib.
Sarkisyan Yerevandakı “Astxik” tibb mərkəzində müalicə olunur. Petrosyanın sözlərinə görə, prezidentin səhhətində koronavirusla əlaqədar müəyyən fəsadlar yaranıb və o, bu səbəbdən klinikaya yerləşdirilib.
Qeyd edək ki, Armen Sarkisyana bu ilin yanvarında koronavirus diaqnozu qoyulub. O, Londonda müalicə olunub və fevralın 8-də Ermənistana qayıdıb.
Sabah Sarkisyanın baş nazir, parlamentin fraksiya rəhbərləri və müxalifətçilərlə görüşü olacaqdı. 



Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər