22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Mançester Yunayted" qələbəni əldən verdi - Avropa Liqası
Tarix: 12-03-2021 00:22 | Bölmə: Karusel
          

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
 
Modern.az xəbər verir ki, günün ilk 4 oyunundan yalnız birində meydan sahibləri qalib gəlib.
 
"Ayaks" Niderlandda İsveçrə "Yanq Boyz"unu darmadağın edib - 3:0.
 
"Qarabağ"la eyni qrupda mübarizə aparmış İspaniya "Vilyarreal"ı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" üzərində inamlı qələbə qazanıb - 2:0.
 
"Mançester Yunayted" İngiltərədə İtaliya "Milan"ı üzərində qələbəni son dəqiqələrdə əldən verib - 1:1.
 
Eyni hesablı nəticə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə Şotlandiya "Reyncers"i arasındakı görüşdə qeydə alınıb.
 
11 mart
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21:55. "Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya) - 1:1
Qollar: Nikolae Stançu, 7 - Filip Helander, 36
21:55. "Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya) - 1:1
Qollar: Amad Diallo, 50 - Simon Kyaer, 90+2
21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya) - 0:2
Qollar: Pau Torres, 30. Raul Albiol, 52
21:55. "Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə) - 3:0
Qollar: Devi Klaassen, 62. Duşan Tadiç, 82. Brayan Brobbi, 90+2
 
Günün daha 4 görüşü Bakı vaxtı ilə saat 24:00-da başlanacaq. Cavab oyunları isə martın 18-də olacaq.




Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər