22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Bakıda gəmidəki yanğın söndürüldü - Video
Tarix: 10-03-2021 23:10 | Bölmə: Karusel

                    Bakıda gəmidəki yanğın söndürüldü


Xəbər verildiyi kimi, bu gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Gəminin daxili bölmələrinin mürəkkəb və yanar konstruksiyalara malik olması və nəticədə meydana çıxan qapalı qatı tüstününün söndürmə işlərinə mane olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın geniş sahəyə yayılmasının qarşısı alınaraq söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.

              



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər