Bütün xəbərlər
8 Martda ictimai nəqliyyat işləməyəcək - Rəsmi
Tarix: 04-03-2021 13:37 | Bölmə: Karusel

                     8 Martda ictimai nəqliyyat işləməyəcək


“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, ölkədə 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Qeyd edək ki, ölkədə 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi. 8 Mart Qadınlar günü qeyri-iş günü olduğu üçün ictimai nəqliyyat ardıcıl olaraq üç gün işləməyəcək.


Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər