Erməni general da Paşinyanın istefası tələbinə qoşuldu
Tarix: 01-03-2021 00:39 | Bölmə: Karusel

                   Erməni general da Paşinyanın istefası tələbinə qoşuldu


Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyan da Baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçilərə qoşulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, erməni KİV-nə müsahibəsində deyib:
“Mən düşünmürəm ki, Silahlı qüvvələr bu bəyanatı düşünmədən veriblər. Fikrimcə, onlar ciddi qərar qəbul ediblər və mən də bu addıma qoşularaq onu dəstəkləyirəm. Məğlub ölkənin lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, 2008-ci ildə baş vermiş “1 mart”ı təkrarlamaq istəyir – güllələnmə, yanan maşınlar və sair”.
Baqmanyan bildirib ki, həm polis, həm də Milli Təhlükəsizlik Xidməti Nikol Paşinyanın əmrlərini yerinə yetirməmək üçün iradə gücünə sahibdir. Üstəlik, bu strukturlarda Paşinyanın əmrlərini yerinə yetirməyən insanların olduğuna və saylarının artacağına əmindir.
Qeyd edək ki, sabah saat 18.00-da müxalifət, 18.30-da isə Nikol Paşinyan öz tərəfdarları ilə küçə və meydanlara çıxacaqlar. 


Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər
16-04-2021, 21:48 Yoluxanların sayı azaldı
13-04-2021, 20:30 Yoluxanların sayı artdı
10-04-2021, 11:06 Bakıda gəmi yanır
9-04-2021, 11:05 Prezident qəbul keçirdi