Bütün xəbərlər
“Meyvəli”də yanğın olub
Tarix: 28-02-2021 21:52 | Bölmə: Karusel

                  “Meyvəli”də yanğın olub


Bakının Qaradağ rayonu ərazisində "Meyvəli" Ticarət Mərkəzində yanğın baş verib.
Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.
Onun sözlərinə görə, ticarət mərkəzindəki köşklərdən birində baş verən yanğın kiçikhəcmli olub və yanğından mühafizə xidmətinin bölmələri tərəfindən söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.


Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər