Bütün xəbərlər
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
Tarix: 24-02-2021 23:11 | Bölmə: Karusel

                     Nazirlikdən hava ilə bağlı


“Şaxtalı hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq”.
“Qafqazinfo”nun xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum  dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.
“İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında  yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar.
Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər”, - nazirlik rəsmisi əlavə edib.


Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər