Bütün xəbərlər
“Həmin ailələrə qaz limiti tətbiq edilməməlidir”
Tarix: 23-02-2021 13:00 | Bölmə: Karusel

                     “Həmin ailələrə qaz limiti tətbiq edilməməlidir”


Milli Məclisin deputatı Azər Badamov parlamentin iclasında dağlıq sahələrdə yaşayan əhali üçün qaz limiti tətbiq edilməsi məsələsini qaldırıb. 
“Qafqazinfo”nun məlumatına görə, deputat qeyd edib ki, dağlıq rayonlarda ilin 7 ayı hava soyuq və şaxtalı keçir: “Burada evlərin isidilməsi daha uzun müddət tələb edir. Hava soyuq olduğundan daha çox yanacaq yandırılır. Onlar ilin yarısını bu çətinliklə yaşayır. 
Ancaq güzəştli qaz limiti bu dağlıq kəndlərə şamil edilmir. Qaz olduğu halda digər alternativ yol axtarırlar. “Azəriqaz”ın məlumatına görə, ölkə əhalisinin 15 faizi qaz limitini aşır. Dağlıq sahədə yaşayanlar da 10 faiz təşkil edir. Bu təbəqədən olan insanlara limit tətbiq edilməməsini Tarif Şurasından xahiş edirəm”.


Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər