Bütün xəbərlər
Qaribaşvili müxalifət liderinin həbsinə görə DİN-ə təşəkkür etdi
Tarix: 23-02-2021 12:54 | Bölmə: Karusel

                 Qaribaşvili müxalifət liderinin həbsinə görə DİN-ə təşəkkür etdi


Gürcüstanın yeni Baş naziri İrakli Qaribaşvili daxili işlər naziri Vaxtanq Qomelauriyə müxalifət lideri Nika Meliyanın həbsi ilə nəticələnən uğurlu əməliyyata görə təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, Qaribaşvili bu barədə bu gün keçirilən xüsusi brifinqdə bildirib.
“Bu gün biz hüquqi və güclü bir dövlət olduğumuzun şahidi olduq. Güclü polisimiz, effektiv iş görən daxili işlər nazirimiz var. Cənab Qomelauriyə hökumətimiz və bütün xalqımız adından ölkəmizin ləyaqətini və sabitliyini qoruduğu üçün açıq şəkildə təşəkkür etmək istəyirəm. Mən sizinlə qürur duyuram”,- deyə İrakli Qaribaşvili qeyd edib.
Bununla yanaşı Gürcüstan hökumətinin başçısı çıxışında Nika Meliyanı cinayətkar adlandırıb.
“Biz hüquqi dövlət qururuq. Vəzifə və siyasi mənsubiyyətindən və zövqündən asılı olmayaraq bütün vətəndaşlar qanuna tabe olmalıdır və olacaqlar. Konstitusiya çərçivəsində hər bir vətəndaşın öz fikrini bildirmə hüququnu qoruyacağıq. Ancaq şübhəsiz ki, bütün bunlar konstitusiya və qanun çərçivəsində baş verməlidir”,- deyə yeni Baş nazir əlavə edib.


Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər