Bütün xəbərlər
Aşıq Ələsgərin 200 illiyi keçiriləcək
Tarix: 18-02-2021 18:33 | Bölmə: Karusel

      Aşıq Ələsgərin 200 illiyi keçiriləcək


Azərbaycan Prezidenti İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər