Bütün xəbərlər
Qax rayonu qaranlığa qərq olub
Tarix: 18-02-2021 01:56 | Bölmə: Karusel

                 Qax rayonu qaranlığa qərq olub


Qax rayonunda elektrik enerjisinin verilişi dayanıb.
"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.
Nəticədə dünən axşam saat 19:30 radələrindən etibarən rayon ərazisi işıqsız qalıb. Məlumata görə, buna səbəb rayona verilən elektrik xəttinin Şəki rayonu ərazisində qırılmasıdır. 
Qeyd edilir ki, həmin xətdə bərpa işlərinə başlanılıb. Bir neçə saatdır rayonun elektrik enerjisi ilə təminatını bərpa etmək cəhdləri isə hələlik nəticə verməyib.


Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər