Bütün xəbərlər
İranda 5,6 bal gücündə zəlzələ, yaralılar var - Yenilənib
Tarix: 18-02-2021 01:15 | Bölmə: Karusel

                  İranda 5,6 bal gücündə zəlzələ, yaralılar var


İranın cənub-qərbində zəlzələ olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 5,6 bal gücündəki zəlzələ Kohqiluyə-Buyer Əhməd əyalətində baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzindən bildirilib ki, əyalətin Dena rayonunda qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hələlik itki, tələfat və dağıntı barədə açıqlama verilməyib.
***
Zəlzələ nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir. Ölənlər haqqında məlumat hələ ki yoxdur. 


Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər