Bütün xəbərlər
Rəqabət Məcəlləsi il sonunadək qəbul oluna bilər
Tarix: 17-02-2021 14:09 | Bölmə: Karusel

                   Rəqabət Məcəlləsi il sonunadək qəbul oluna bilər


“Azərbaycanda rəqabətin təmin olunması məqsədilə Rəqabət Məcəlləsinin qəbul olunması mütləqdir. Artıq bu məcəllənin təkmilləşdirilməsi üzrə görülən işlər tamamlanıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda bildirib. 
O, cari ilin sonunadək Rəqabət Məcəlləsinin qəbul olunacağına ümid etdiyini bildirib: “Bununla əlaqədar qanunvericilik prosesinə başlanılıb və layihə aidiyyəti qurumlara təqdim olunub. Bu proses bitdikdən sonra Rəqabət Məcəlləsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Cari ilin sonunadək məcəllənin qəbul olunacağına ümid edirik”.


Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər